ELAZ.İNFO xəbər verir ki, İranın Ermənistanın Qafan şəhərindəki baş konsulu Morteza Abedin Varamin Zəngəzur bölgəsindən keçən “Tramp marşrutu” barədə danışarkən Ermənistanın öz sərhədlərinə nəzarət etməli olduğunu bildirib.
Konsul jurnalistin sualına daha sonra belə davam edir:“Nə qədər cazibədar təqdim olunsa da, Cənubi Qafqazda sərhəd dəyişikliyi olmamalıdır. Ermənistan və İran iki qədim dövlətdir və hətta bəzi şərq qonşuları olmayanda belə mövcud olub. İrəvan və Tehran öz problemlərini müstəqil həll etməyə qadirdir”.
Varaminin sözlərinə görə, İran prezidenti Məsud Pezeşkianın yaxın vaxtlarda Ermənistana səfəri gözlənilir və bu səfərdən sonra bölgədə hansı dəyişikliklərin baş verəcəyi daha aydın olacaq.
N.B
