Salyanda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ailə milli -mənəvi dəyərlərin daşıyıcısıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
ELAZ.İNFO xəbər verir ki, 18 dekabr 2025-ci il tarixində Salyan rayon İcra Hakimiyyətinin, Şirvan -Salyan Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun, Salyan rayon Heydər Əliyev Mərkəzinin, Şirvan – Salyan Regional Gənclər və idman İdarəsinin Salyan rayonu üzrə Gənclər və idman sektorunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan – Salyan Regional bölgəsinin birgə təşkilatçılığı ilə şəhər 7 nömrəli texniki və təbiət təmayüllü liseydə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ailə milli -mənəvi dəyərlərin daşıyıcısıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin nümayəndəsi Sevinc Səmədova, “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Silahlı Qüvvələrin general -mayoru Zaur Zeynalovun atası İlham Zeynalov, Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, DQİD Komitəsinin Şirvan -Salyan Regional bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Zeynallı və digər çıxış edənlər xüsusilə bildiriblər ki, Azərbaycan xalqı üçün milli -mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Buna görə də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub. Ailə yüksək mənəvi dəyərlərin qoruyucusu olmaqla yanaşı, həm də genofondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayır.
Tədbirin sonunda şagirdlərin sualları qonaqlar tərəfindən cavablandırılıb.
Ruslan MƏMMƏDOV


