ELAZ.İNFO Mynet-ə istinadən xəbər verir ki,Türkiyədə 2432, xaricdə isə 246 konsert verən 70 müğənni və musiqi qrupu 2024-cü ildə konsert satışlarından cəmi 158 milyon avro gəlir əldə edib. Cem Adrian 8 milyon avro gəlirlə birinci, Hakan Altun isə 7,4 milyon avro ilə ikinci olub.
Pandemiyadan böyük ziyan vuran konsert iqtisadiyyatı bərpa olundu. “Forbes Türkiye”nin məlumatına görə, 2024-cü ilin “Konsert zənginləri” siyahısında olan sənətçilərin biletli konsert dövriyyəsi 158 milyon avroya çatıb.
Aysun NƏCƏFOVA