Kolumbiyada 15 nəfəri daşıyan təyyarə qəzaya uğrayıb. Sağ qalan yoxdur

Kolumbiyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində on üç sərnişin və iki heyət üzvü həlak olub. Ölənlər arasında Nümayəndələr Palatasının üzvü Diogenes Quintero Amaya da olub.

ELAZ.İNFO xəbər verir ki, Dövlət Hava Yollarına məxsus, 13 sərnişin və 2 heyət üzvünü daşıyan kiçik təyyarə olan Beech 1900D Kolumbiyanın Şimali Santander bölgəsində qəzaya uğrayıb.

Şimali Santanderin Vətəndaş Təhlükəsizliyi Katibi Corc Quintero təyyarənin qalıqlarının La Playa şəhəri yaxınlığındakı Curasica kəndində fermerlər tərəfindən tapıldığını bildirib. Quintero qəzada 13 sərnişin və 2 heyət üzvünün öldüyünü və əraziyə çoxsaylı axtarış-xilasetmə qruplarının göndərildiyini bildirib.

Şimali Santander qubernatoru William Villamizar yerli mediaya bildirib ki, “Təəssüf ki, kiçik təyyarənin La Playa şəhərindəki qorunan ərazinin üzərində tapıldığını bildirməliyik. İlkin görüntüləri almışıq və görünür, sağ qalan yoxdur. Yeddi cəsəd tapılıb və digərlərinin axtarışı davam edir”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights