Kolumbiya prezidenti atacaqları konkret addımları açıqladı

ELAZ.İNFO xəbər verir ki, İsrailin humanitar yardım çatdırmaq və blokadanı yarmaq üçün Qəzzaya gedən Qlobal Sumud Flotilla gəmilərinə basqın etməsi ilə bağlı beynəlxalq tənqidlər artır.

İspaniya və İrlandiyanın ardınca Kolumbiya da İsraili ən yüksək səviyyədə qınayıb. Kolumbiya prezidenti Qustavo Petro sosial mediada hücuma qarşı atacaqları konkret addımları açıqlayıb. O deyib ki, “Xarici İşlər Nazirliyi İsrailə qarşı iddia verməlidir”.

Beynəlxalq Sumud Donanmasının göyərtəsində iki kolumbiyalı fəalın saxlanılması ilə bağlı xəbərini paylaşan Petro onu da bildirib ki, “Bu məlumat doğrudursa, bu, Netanyahunun yeni beynəlxalq cinayətidir.

Məlumat üçün bildirək ki, Fələstinlə bağlı humanitar həmrəylik fəaliyyəti ilə məşğul olan iki kolumbiyalı qadın da beynəlxalq sularda saxlanılıb.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights