Kölndə səyyar konsulluq açıldı

Elaz.info Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Köln şəhərində fəaliyyət göstərən Almaniya-Azərbaycan Mədəniyyət Evində səyyar konsulluq xidməti təşkil edilib.

Üç gün ərzində 123 soydaşımızın ümumvətəndaş pasportunun yenilənməsi üçün müraciətləri qəbul edilib. Bu təşəbbüsün əsas məqsədi obyektiv səbəblərdən Berlinə getməkdə çətinlik çəkən və ya imkanı olmayan azərbaycanlılara yerində operativ, rahat xidmətin göstərilməsi olub.

Azərbaycanın Almaniyadakı Səfirliyi səyyar xidmətin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Almaniya-Azərbaycan Mədəniyyət Evinə minnətdarlığını bildirib.

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights