ELAZ.İNFO xəbər verir ki, bu gün Biləsuvar Mədəniyyət Mərkəzində Lənkəran Dövlət Dram Teatrı tərəfindən hazırlanmış “Kölgəli üz” adlı teatr tamaşası nümayiş olunub.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kollektivləri və rayon ictimaiyyəti iştirak edib.
Ssenari müəllifi Məmmədhüseyn Əliyev və quruluşçu rejissoru Emil Əskərov olan tamaşda əsasən əyləncə ilə ifşanın, gülüşlə acı həqiqətlərin qarşılığı yer alır.
Tamaşadan sonra teatrın truppası ilə görüşən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tamaşanın hazırlanmasına görə təşəkkürünü bildirərək, komandaya uğurlar arzulayıb.
Sevinc Qasımova