İnsan orqanizmi də dünya kimidir – bir yandan boşalır, bir yandan dolur. Dolma və boşalma prosesi elə getməlidir ki, balans (tarazılıq) pozulmasın. Əgər daxil olan enerji (qida, hava, su, günəş işığı) çıxan enerjidən (fiziki və əqli hərəkət) çoxdursa – o zaman kökəlmə baş verir, azdırsa – arıqlama baş verir. Hər iki halda orqanizmin tamlığı pozulur – yəni insan xəstələnir.
Kökəlmənin 3 əsas səbəbi var.
Birinci səbəb – tələbatdan artıq qida qəbul etmək.
İkinci səbəb – uzlaşmayan, yəni, bir-biri ilə yola getməyən qidaları qarışdırmaq.
Üçüncü səbəb – hərəkətsizlik.
İnsan köklüyünün göstəricisi kimi Bədən kütləsinin indeksi əsas kriteriya götürülür. 2000-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı monqoloid iqrinə aid olan insanlar üçün köklük həddi üçün BÇİ-nin qiymətini artıq çəki üçün 25 dən 23 kq/m²-ə endiməyi, piylənmə üçün isə 30 dan 25 kq/m²-ə endirməyi təklif etmişdir. Buna səbəb bu irqə mənsub olan insanlar arasında aparılmış epidemoloji araşdırma idi. Bu araşıdrma göstərmişdir ki, monqoloidlər nisbətən aşağı dərəcədə piylənmədən əziyyət çəkilrər. Digər mütəxəsisslər isə bu həddləri neqroidlər üçün yuxarı qaldırılmasının tərəfdarı olmuşlar. Böyük Britaniyada uşaqların 20 faizi köklükdən əziyyət çəkir.
Adilə VƏLİYEVA
Pediator