KÖK HÜCEYƏRDƏN DƏRİYƏ

ELAZ.İNFO xəbər verir ki, dünyada bir ilk: Qan dövranı olan insan dərisi yaradıldı!

Avstraliyalı alimlər həqiqi insan dərisinə ən yaxın olan laboratoriya modelini hazırlayaraq tibbdə sıçrayış edib. Qan damarlarını, sinirləri, saç köklərini və immun hüceyrələrini ehtiva edən bu yenilikçi model dəri xəstəliklərinin müalicəsində və yaraların sağalmasında inqilab edə bilər.

Avstraliyalı alimlər laboratoriya şəraitində həqiqi insan dərisinə ən yaxın modeli hazırlayıblar. Kvinslend Universitetinin tədqiqatçıları qan damarlarını, sinirləri, saç follikullarını və immun hüceyrələrini əhatə edən dünyada ilk dəri modelini hazırlayıbla

Tədqiqat qrupu “dəriyə bənzər orqan” yaratmaq üçün insan dəri hüceyrələrini kök hüceyrələrə çevirib. Bu modelə inteqrasiya olunmuş kiçik qan damarları öz qan dövranı sistemi ilə çox qatlı dəri toxuması ilə nəticələnib.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights