ELAZ.İNFO, BAKI, 16.05.2025.
ELAZ.İNFO xəbər verir ki, “The Guardian” qəzeti “Traktor” klubunun İran Liqasında çempion olması ilə bağlı geniş məqalə dərc edib.
Məqalədə deyilir ki, “Təbriz şəhərinin məşhur klubu olan “Traktor” 55 illik gözləntidən sonra nəhayət İran Pro Liqasının çempionu olub. Bu nailiyyət yalnız idman baxımından deyil, həm də mədəni və siyasi simvolizm baxımından çox mühümdür. Klubun uğuru, özlərini uzun illərdir mərkəzi hökumətdən və futbol qurumlarından kənarlaşdırılmış hiss edən milyonlarla Azərbaycan türkünü təmsil edir.
Klubun qazandığı uğur İranda milyonlarla azərbaycanlı türkə ümid, birlik və səs gətirdi”.
Qəzetdə dərc olunan bu məqalə əslində diqqəti İranda ögey münaibətə məruz qalan, milli-mədəni irsi dağıdılan Azərbaycan Türklərinə çəkməkdir.
Bəybala MİRZƏYEV