KKTC iki dövlət həllini təsdiqləyir

ELAZ.İNFO xəbər verir ki, KKTC Assambleyası daha əvvəl komitədən keçən “Kipr probleminin iki dövlətli həlli” mövzusunda təklif edilən qətnaməyə səs verib.

Bu barədə yazan Türkiyənin NTV saytı bildirir ki, Ana müxalifət olan Türkiyə Cümhuriyyət Partiyasının iştirak etmədiyi səsvermədə qətnamə 29 səslə təsdiqlənib.

Qətnamədə vurğulanıb ki, iki dövlətli kompromis Kiprdə həqiqi və davamlı sülhün əsasını təşkil edir.

Qətnaməni Türkiyədən ilk şərh edən vitse-prezident Cevdet Yılmaz oldu. Yılmaz sosial mediada paylaşdığı paylaşımda, “Kipr probleminin iki dövlətli həll prinsipinə əsaslanan təklif edilən qətnamənin əksəriyyət tərəfindən bəyənilməsini böyük alqışlayırıq”- deyib.

Qətnaməni əhəmiyyətli bir addım olaraq xarakterizə edən Yılmaz, “Adada real, davamlı və ədalətli həll yalnız iki suveren, bərabər dövlət əsasında mümkündür” -söyləyib.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights