ELAZ.İNFO BAKI 13.05.2025
ELAZ.İNFO xəbər verir ki, Teleqraf agentliyinin məlumatında deyilir.-“Ukrayna Rusiya Federasiyası ilə istənilən formatda danışıqlara hazırdır, amma birinci prioritet atəşkəsdir. Biz prezidentin (Volodimir) Türkiyədə görüşə hazır olduğunu təsdiqləmişik. Dünən Prezident Trampdan qətiyyətli və aydın bəyanat oldu, o, hər iki liderin Türkiyədə olmasını gözləyir. O, bu səfərin mümkünlüyü haqqında düşünür. Putin Türkiyə görüşdən imtina etsə, bu, Rusiyanın müharibəni bitirməyə və danışıqlara hazır olmadığının son siqnalı olacaq”, -Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov da Türkiyə görüşü ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Rusiyanın İstanbulda Ukrayna ilə danışıqlara hazırlığı davam edir.
“Rusiya tərəfi cümə axşamı baş tutması planlaşdırılan danışıqlara hazırlığı davam etdirir”, – Peskov vurğulayıb.
Rusiya prezidentinin sözçüsü əlavə edib ki, Kreml hələlik bu görüşlə bağlı başqa şərh verməyi planlaşdırmır. Dmitri Peskov görüşün prezidentlər səviyyəsində olub-olmayacağını aydınlaşdırmayıb.
Aysun NƏCƏFOVA
