“Kivi” Möcüzəsi arıqlamağın sadə yolu

ElAZ.İNFO xəbər verir ki, rusiyalı ulduz Anna Semenoviçin artıq çəki ilə mübarizəsi və yeni görünüşü pərəstişkarları arasında böyük maraq doğurub. Lakin mütəxəssislər bildirirlər ki, ulduzların pəhriz sirri bəzən ən sadə meyvələrdə gizlənir. Məsələn, dietoloq Rohasın fikrincə, kivi təkcə arıqlamağa deyil, həm də sinir sistemini sakitləşdirməyə kömək edən unikal bir vasitədir.

Kivi: Həm Arıqladır, Həm də Əsəbləri Sakitləşdirir. Mütəxəssislərin rəyinə əsasən, kivinin tərkibindəki maddələr orqanizmə kompleks təsir göstərir: Kivi liflərlə (kletçatka) zəngindir. Sağlam bağırsaq mikroflorası birbaşa beyinlə əlaqəlidir. Bu sistem vasitəsilə həzm sistemi sinir sisteminə siqnallar göndərərək insanın əhval-ruhiyyəsini yaxşılaşdırır və təşvişi (həyəcanı) azaldır. Hüceyrələri zədələnmədən qoruyan bu maddələr bədəndəki iltihabı və stress reaksiyalarını minimuma endirir. Sinir sisteminin işində iştirak edərək neyromediatorların balansını qoruyur, beyin hüceyrələri arasında siqnal ötürülməsini sürətləndirir.

Mütəxəssis Rohas qeyd edir ki, mütəmadi olaraq kivi yemək təkcə həyəcan səviyyəsini aşağı salmır, həm də yuxu rejiminə müsbət təsir göstərir. Yaxşı yuxu isə arıqlama prosesinin ən vacib şərtidir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights