Kıvanç Tatlıtuğ yeni seriala çəkilir

Son zamanlar Türkiyənin “Aile” serialında rol alan Kıvanç Tatlıtuğun yenidən televiziyaya qayıdıb-qayıtmayacağı ilə bağlı çoxlu fikirlər səslənirdi. Bu barədə OGM Pictures prodüser şirkəti sosial şəbəkədə paylaşım edib.

ELAZ.İNFO xəbər verir ki, prodüser mətbuata informasiya verib ki, Kıvanç Tatlıtuğ yeni mövsümün ən iddialı layihələrindən olacaq “Olasılıksız”da baş rolda çəkilir.

Məlumat üçün qeyd edək ki, son olaraq Serenay Sarıkayanın baş rolda çəkildiyi Show TV serialı “Aile”də görüntülənən Kıvanç Tatlıtuğ yeni layihəsini səbirsizliklə gözləyirdi.

Orası da var ki, Tatlıtuğ daha əvvəl jurnalistlərə teleserial layihələri ilə maraqlanmadığını bildirmişdi. Lakin uğurlu aktyor fikrini dəyişib.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights