Kirill Kaprizovun qolu “Minnesotanı” məğlubiyyətdən xilas edə bilmədi

ELAZ.İNFO xəbər verir ki, NHL-in müntəzəm çempionatında “Kolorado” bullit seriyasında qələbə qazanıb. Milli Xokkey Liqasının (NHL) müntəzəm çempionatı çərçivəsində keçirilən maraqlı qarşılaşmada Minnesota səfərdə Kolorado ilə üz-üzə gəlib. Gərgin keçən oyun meydan sahiblərinin bullit seriyasındakı üstünlüyü ilə (3:2) başa çatıb.

Qarşılaşmanın gedişində “Minnesotanın” rusiyalı hücumçusu Kirill Kaprizov fərqlənməyi bacarıb. Matçın 45-ci dəqiqəsində vurduğu qolla hesabı bərabərləşdirən (1:1) hücumçu, cari mövsümdəki 36-cı qoluna imza atıb. Bununla da Kaprizovun aktivində 64 oyundan sonra 36 qol və 40 məhsuldar ötürmə cəmləşib. Lakin o, oyunsonrası bullit seriyasında öz şansından yararlana bilməyib.

Bu qələbədən sonra “Kolorado” 62 oyundan 95 xal toplayaraq Mərkəzi divizionda liderliyini qoruyub. “Minnesota” isə 64 oyundan 85 xalla eyni divizionda 3-cü pillədə qərarlaşıb. Qeyd edək ki, “Kolorado”nun heyətində çıxış edən Valeri Niçuşkin həlledici bulliti dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.

Martın 11-nə keçən gecə “Minnesota” doğma meydanda “Yuta”nı qəbul edəcək. “Kolorado” isə öz evində “Edmonton”u sınağa çəkəcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights