ELAZ.İNFO xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun (RBİF) baş direktoru Kirill Dmitriyev Böyük Britaniyanın Hürmüz boğazında təhlükəsizliyi təmin etmək cəhdlərinin qlobal enerji bazarına təsiri barədə sərt proqnoz verib.
Dmitriyev özünün “X” sosial şəbəkəsindəki paylaşımında Böyük Britaniyanın baş naziri Kir Starmerin fəaliyyətini tənqid edərək, onun atdığı addımların neftin qiymətini 200 dollar səviyyəsinə qədər qaldıra biləcəyini qeyd edib: “Böyük Britaniyanın baş naziri Kir Starmerin daim uğursuzluqlarla müşayiət olunan reputasiyasını nəzərə alsaq, onun bu təşəbbüsləri sonda neft qiymətlərinin 200 dollara çatmasına səbəb ola bilər”, – deyə Dmitriyev vurğulayıb.
Xatırladaq ki, Hürmüz boğazı dünya neft təchizatının təqribən 20%-nin keçdiyi ən vacib logistik “arteriya” hesab olunur. Boğazın bağlanması və ya burada baş verən hər hansı gərginlik enerji resurslarının qlobal çatdırılma zəncirini birbaşa təhdid edir. Qlobal bazarda enerji resurslarının kəskin bahalaşması riski. Dmitriyev həmçinin qeyd edib ki, boğazdakı vəziyyət təkcə neft deyil, həm də gübrə və kənd təsərrüfatı məhsulları bazarına mənfi təsir edərək ciddi ərzaq böhranına yol aça bilər. Böyük Britaniyanın koalisiya yaratmaq cəhdləri qarşısında minalardan təmizləmə və gəmiçilik təhlükəsizliyi məsələləri hazırkı yüksək gərginlik şəraitində çətin görünür. Dünya iqtisadiyyatı hazırda bu “düyün”ün necə açılacağını və enerji qiymətlərinin hansı istiqamətdə hərəkət edəcəyini maraqla izləyir.
Ruslan MƏMMƏDOV