ELAZ.İNFO xəbər verir ki, dələduzluqda təqsirli bilinən Elnur İbrahimovun Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia təmin olunmayıb.
Elnur İbrahimovun bu addını hər vəchlə zərərçəkmişlərə dəymiş ziyanı ödəməkdən yayınmaq üçün atılan addım kimi dəyərləndirilir.
İş hakim Həbibə Miriyevanın icraatında olub. Bir neçə gün əvvəl keçirilən prosesdə işə baxılıb və hakim iddianı təmin etməyib.
Sözardı: Elnur İbrahimov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinib. Həmin hökmlə onun mülki iddiaçı Fərman Məmmədova 350 min manat ödəməli olduğu da göstərilib. Lakin indiyədək Elnur İbrahimov ziyanı ödəməyib.
N.B