Kimin raketi daha çoxdur və dəqiq hədəfləri vurur

ELAZ.İNFO

Birinci Dünya müharibəsində 15.000.000 insan, İkinci Dünya müharibəsində 55.000.000 insan tələf olub. İsrail-ABŞ-iran müharibəsində insan təlafatı azdır. Bəlkə də buna görə indiki müharibə 3-cü Dünya müharibəsi adlandırılmır. Bu müharibədə əsas silah raketlər sayılır. Paradiqma budur: kimin raketi daha çoxdur və dəqiq hədəfləri vurur. İkinci Dünya müharibəsinin sonunda ABŞ Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinə atom bombası atdı. Bu dəhşətli silah Bəşəriyyətin “canına” qorxu saldı. Və 1957-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi –AEBA (ing. International Atomic Energy Agency (IAEA) yaradıldı. Bəşəriyyətin iki nüfuzlu alimi, Albert Eynşteyn və Bertran Rasselin təşəbbüsü ilə “Paqouş Alimlər Hərəkatı” yaradıldı. Bu hərakatın Dövlət başçılarına müəyyən təsiri oldu.

Naqasaki və Xirosimaya Atom bombası atılana qədər bu silahın hazırlanması məxfi saxlanılırdı. İndi isə böyük dövlətlər nüvə başlıqları ilə sanki yarışa giriblər. Və İran da bu prosesə qoşulmaq istəyirdi. Müharibənin əsas səbəbi İranın “Nüvə proqramı”nı dayandırmaq oldu. Nəticədə şəhərlər dağıdıldı xeyli insan tələf oldu. Lakin müharibə Üçüncü Dünya Müharibəsi adlandırılmır.İndi Eynşteyn və Rassel kimi nəhəng alimlər yoxdur ki, hansısa çağırışlar etsinlər. Alimlər, yazıçılar susur. Ölənlər isə günahsız insanlardır. Əvvəllər insanlar yuxlarında avtomat silahını görərdilər, indi isə səmada uçan raketlər görürlər…
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda bir neçə Humanitar Forum keçirildi. Bu vacib Forumlarda sabiq və indiki dövlət başçıları, Nobel mükafatı laureatları iştirak edirdilər. Bəşəriyyət üçün vacib çağırışlar edilirdi. Düşünürəm ki, Azərbaycan bu vacib missiyanı davam etdirməlidir.

Etibar Əliyev

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights