Sirr deyil ki, hazır kı gəncliyin böyük bir hissəsi tariximiz haqqında yaz məlumatlıdır, ya da , ümumiyyətlə, heç məlumatı yoxdur. Xalqımızın tarixində dönüşüm yaradan tarixi şəxsiyyətlərdən, böyük sərkərdələrdən, elm və mədəniyyət xadimlərindən daha çox indi səhnəyə jarqon gətirən şit artistləri, ara müğənniləri, cəmiyyətə əxlaqsızlıq toxumu səpən aparıcıları daha çox tanıyırlar.
Mərc üçün küçədə o artistlərdən, müğənnilərdən, aparıcılardan birinin adını bir gəncdən soruşun, sonra da “Cəmşid Naxçıvanski kimdir?” deyə sorğulayın. Hər kəs bu sualı ətrafındakı gənclərə verib bizim aldığımız cavabı alacağını dəqiq bilirik.Sualı başqa cür də verə bilərsiniz! Bakıda yerləşən Müdafiə Nazirliyinin Hərbi Liseyi Cəmşid Naxçıvanskinin adınadır, kimdir Cəmşid Naxçıvanski?
Utancverici və kədərləndirici cavab qarşınızdadır!
İndi isə bu maarifləndirici məqaləmizi yazaraq tariximizi və tariximizdə mühüm rol oynayan şəxsiyyətləri sizin də onları rəhmətlə xatırlamağınızı təmin edirik!
Cəmşid Naxçıvanskidən danışmamışdan əvvəl gəlin “Naxçıvanskilər” haqqında danışaq. Çünki Cəmşid xan məhz bu nəslin davamçısı olub.
Şərafətli Xan nəslinin yetirmələri ilə fəxr edin!Kəngərli sülaləsinin 6-cı, sonuncu generalı Cəmşid xan Naxçıvanski tanıyın!İrəvanski Xan sülaləsini də tanıyın ! Abbasqulu xan İrəvanskini də tanıyın!
Tariximizi öyrənin, övladlarınıza öyrədin!!Düşmənləri, eyni zamanda, tarixi şəxsiyyətləri, qəhrəmanları tanıyın!
Əntiqə Rəşid ASLAN
