Məlum olduğu kimi 7 iyulda İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini rəsmən irəli sürdüyünü elan edib və təqdimat məktubunun surətini Ağ Evin sahibinə şəxsən təqdim edərək deyib:
“Cənab prezident, mən Nobel Mükafatı Komitəsinə göndərdiyim məktubu sizə təqdim etmək istəyirəm. Onlar sizi layiq olduğunuz Sülh Mükafatına namizəd göstərirlər və siz onu almalısınız”.
Kim kimi dünyanın ən ali Sülh mükafatına təqdim edir?!
Nobel Sülh Mükafatına təqdimat yazan:
Uşaq-qadın bilmədən yüz mindən artıq dinc fələstinlini, Qəzzada BMT, Qırmızı Xaç və sair beynəlxalq humanitar təşkilatların nümayəndələrini, yüzdən artıq həkim və jurnalisti öldürən, bütün Qəzzanı darmadağın edən, əhalini su, ərzaq və dərman blokadasında saxlayan rejimin başçısı, müharibənin 1 gününə düşən uşaq ölümü, qadın ölümü, dinc sakin ölümü, jurnalist ölümü, həkim ölümü sahəsində dünya antirekordlarının sahibi, BMT-nin Baş katibini “persona non qrata” elan etmiş, suveren ölkəyə qarşı səbəbsiz hücumlara, həmin ölkənin alimlərinin öldürülməsinə əmr vermiş, Beynəlxalq Cinayət Məhkəməsinin həbsi üçün order verdiyi Benyamin Netanyahu.
Nobel Sülh Mükafatına təqdim olunan:
Benyamin Netanyahunun bütün yuxarıda sadalanan əməllərini həyata keçirməsi üçün maliyyə, siyasi və hərbi yardım göstərmiş, 2 milyondan artıq fələstinlinin Qəzzadan sürgün edilməsi (XXI əsrdə!!!) ideyasını irəli sürmüş Donald Tramp.
Hansı dünyada yaşayırıq?!!
Asif ŞƏFƏQQƏTOV