Dilimizə zorla “pərçim” edilən sözlərə qarşı hiddətlənən siyasi şərhçi Bəybala Mirzəyev ELAZ.İNFO-ya bildirib ki, məqsədli şəkildə dil lüğətimizi pozmağa çalışanlara qarşı ciddi ölçü götürülməlidir.
Bu günlərdə bir xəbər oxudum. Həddindən artıq Qərb yönümlü” kimi görünən “hamburger” və “dondurma” (“ice cream”) sözlərinin istifadəsini qadağan edən Şimali Koreya lideri Kim Çen İnı gətirib bizim Dil Komissiyasının rəhbəri qoymaq lazımdır ki, son vaxtlar süni surətdə yaradılan “ipəzor”, “süranə” kimi düşük sözləri, habelə bəzilərinin gündəlik danışıqda istifadə etdikləri “uje”, “davay”, “poka” və s. kimi rus sözlərini də qadağan etsin.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi