Kim bölə bilmirsə, qulağı kəsilir

Rus, ingilis və fransız adamyeyənlərin yaşadığı adaya düşür. Adamyeyənlərin başçısı onlara deyir: – Hansınız butulkadakı arağı üç bərabər yerə bölsə, bir kisə qızıl alacaq. Kim bölə bilməsə, qulağını kəsəcəyik.

İngilis düz bir saat əlləşir, arağı stəkanlara süzür. Adamyeyənlər elektron tərəzi gətirib ölçürlər. Stəkanların ikisində bərabər, birində bir qədər artıq olur. İngilisin qulağı kəsilir. Fransız iki saat əlləşir. Ölçürlər, ikisində bərabər olur, birində bir qədər az. Fransızın da qulağını kəsirlər. Rus 15 saniyənin içində arağı bərabər şəkildə bölür. Adamyeyənlərin başçısı deyir:

– Mən sənə üç kisə qızıl verəcəm. Ancaq de görək bunu necə edirsən?

Rus dərindən ah çəkir: – Həyat öyrədib. Sənin adanda buna görə qulaq kəsirlər. Ancaq bizdə səhv süzsən, başını kəsərlər!

Hazırladı: Famil CƏFƏRLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights