ELAZ.İNFO BAKI 16.05.2025
ELAZ.İNFO xəbər verir ki,son zamanlar vətəndaşların bank kartlarından qanunsuz pul çıxarılma halları barədə məlumatlar gündəmi zəng etmişdir. Bəzi mütəxəssislərin tövsiyyələri, eləcə də məntiqi düşüncə bu kimi cinayətlətin əsas günahkarların vətəndaşların özləri olması fikrinə gəlir. Yəni, dələduzluq halları ilə üzləşən zaman vətəndaşlar lüzumsuz olaraq, eləcə də savadsızlıqdan məxfi və özlərinə aid olan informasiyaları təqdim etmələridir.
Elaz.info daha bir məqamı diqqətinizə çatdırır ki,. belə ki, ölkənin ən iri bankı- KapitalBank əməkdaşı zəng edib kart təklif edir. Bu zaman i maraqlı məqam odur ki, həmin kartı təqdim edərkən əlavə ödənişlə dələduzluq halına qarşı sığortalanma da təklif edir. Belə çıxır ki, kibertəhlükə və dələduzluq sığortalanmamış kartlarda mövcuddur. Sığortalanan da isə dələduzlar kartlara müdaxilə etməyəcəklər? Və ya, kartları təqdim edən bank kiber təhlükəsizlik baxımından zəmanət vermir və qorumur. Yalnız sığortalananlar qorunur?
Aydan ŞƏRBƏTOVA