Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğuna səfər edildi

ELAZ.İNFO xəbər verir ki, “Türk etnoqrafiyasının coğrafi izləri” layihəsi çərçivəsində Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyi və Artefakt Ovçuları təşəbbüsü qrupu tərəfindən həyata keçirilən növbəti səfər Keşikçidağ Dövlət Tarix-mədəniyyət Qoruğuna olmuşdur.

Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu Azərbaycanın qədim tarixini, mağaraları, alban məbədlərini və unikal təbiətini qoruyub saxlayan nadir məkanlardan biridir.

Son dövrlər qoruqda aparılan abadlıq, elmi tədqiqat və maarifləndirmə işləri nəticəsində bu unikal irsimiz daha geniş tanıdılır.

Qoruğun rəhbəri Musa Mursaquliyevin təşəbbüsləri ilə həm tarixi abidələrin qorunması, həm də turizm potensialının inkişafı istiqamətində mühüm addımlar atılır.

Qrupumuz adından Musa müəllimə, yüksək peşəkarlıq və qonaqpərvərliyinə görə dərin minnətdarlığımızı bildirirəm.

Sabit COCULU

Bizimlə oxuyun
Verified by MonsterInsights