Son illər kəndlərdən şəhərə axın güclənib. Bu danılmaz faktdır. Rahat və əyləncəli həyat gənclərin marağındadır desək yanılmarıq. Amma bu rahatlığı öz ailəsinə bir parça çörək pulu ilə əvəzləyənlərin də olduğunu danmaq mümkün deyil.
Əməkdaşımız Ruslan Məmmədov bu gün Salyan rayonu Xalac kəndində fermerlərlə görüşüb. Fermerlərimizdən birinin ELAZ.İNFO xəbər portalına müsahibəsi zamanı maraqlı faktlar üzə çıxıb.
Həmidov Elxan Cavad oğlu bildirib ki, kənd tək maraqlı həyat, qazanc mənbəyi deyil, həm də təbii can həkimidir.
-Həkim deyəndə nəyi nəzərdə tutursunuz?
-Səhər tezdən dolanışıq üçün saxladığım mal-qaranı çölə gətirmişəm. Onların təbii qıdalandığı yonca, buğda otu, sarmaşıq, biyan otu, vələmir, sarı gül, qanqal, yovşan,
qarağan və s. otlarla qidalanır. Yekunda isə bu kimi dərman otlarından alınmış təbii südü sağmal inəklərimin hesabına istehsal edərək mətbəximizə daxil edirik. Özüm isə bu kimi otların, ağacların havaya buraxdığı təbii oksigenlə hər səhər qidalandıram.
-Yaxşı meyvə bağınız da var, yəqin ki, qazanc məqsədi ilə salmısınız?
-Əlbəttə, niyə də olmasın? Dövlətimiz hər cür şərait yaradıb, fermerlərin yanındadır. Biz də etimadı doğrultmaq üçün keyfiyyətli məhsul ixrac etməyə borcluyuq.
-Bağınızda hansı ağacları yetişdirirsiniz?
-Hər bir ağacdan var, hər mövsümə uyğun. İndiki mövsümə uyğun 5 növ alça, 3 növ şaftalı, 4 növ gilas, bir neçə növ tut, ərik və s.

-Bəs bu məhsulların satışından, qazancından razısınızmı?
-Xeyr!
-Narazılığınızı bilmək olar?
-Əlbəttə, çox sadə cavabı var; indiki cavanlar işləmək istəmir deməzdim, sadəcə, kənddə onlar üçün lazımi şəraitlər olmadığı üçün mərkəzlərə gedir. Hamı bazarlarda polka qoyub kənd məhsullarının alışı, satışı ilə məşğul olur. Bu səbəbdən də kənd təsərrüfatı mallarının balansını qorumaq olmur. Əkən az, satan çox, alan az.

–Yeri gəlmişkən, cavanları kənddən uzaqlaşdıran səbəb nədir? Pul?
-Yox, pul deyil! Şəhərdə yaşayanların çoxusuna kənddən valideyinləri kömək edir. Əsas səbəb gənclərə kənddə olan qayğıdır. Gəncələrin kənddə torpaqdan başqa məşğuliyyəti yoxdur. Məncə onlara şərait yaradılsa kənd həyatı daha gözəl olar.
-Bəs nə təklif edərdiniz?
-Bu barədə dövlət planı olar yəqin ki. Məsələn, intellektual əyləncə mərkəzləri, qədimdəki kimi klub, mədəniyyət evi. Hər halda, bunlar köhnə fikir olar yəqin. Müasir nəsə fikirləşmək mümkündür.
Bəlkə əsas səbəb başqadır?
Yəqin pul nəzərdə tutursunuz.yox kəndə pul qazanmaq çətin deyil həmdə pul əsas dəyər deyil.
-Bəs əsas dəyər nədir?
-Əsas dəyər başlıcası torpağı, vətəni sevməkdir.
Bir də maraqlı həyat sürmək. Mən indi biraz yaşlanmışam. Mənim üçün maraqlı həyat bu gördüyünüz bağ-bağatım, mal-qaramdır. Amma cavanlar başqa cür düşünür buna görə də, kəndə, torpağa can vermək üçün mütləq kənddə cavanlara şərait qurulub, maraq yaradıb onları kəndə dəvət eləmək lazımdır.
-Sonda gənclərə sözünüz məsləhətiniz varmı?
-Təbii ki, mənim böyük nəsihətindən ehtiyacım olduğu kimi onlara da bildiklərimi nəsihət etmək borcumdur. Ən əsası valideyinlərini, ailələrini tək qoymasınlar. Millətini, vətənini, torpağını sevsinlər.
Torpağı qorumasan əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksənsə qorumağa dəyməz!
Ruslan MƏMMƏDOV