ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq “Fox News” telekanalına müsahibəsində bildirib ki, Londonda keçirilən məsləhətləşmələrdən sonra Kiyev və avropalılar Ukraynadakı münaqişənin nizamlanması çərçivəsində 22 şərtlə razılaşıblar.
Bu mövzuda məqalə dərc edən TASS yazır ki, görüş daha sonra Böyük Britaniya, ABŞ, Fransa, Almaniya və Ukraynanın aparıcı diplomatları tərəfindən təxirə salınıb.
Kelloq əlavə edib ki, Kiyev və Avropa nümayəndələri ilk növbədə sülh sazişinə gətirib çıxara biləcək və ən azı 30 gün davam edəcək tam hüquqlu atəşkəsdə maraqlıdırlar.
Materialı çapa hazırladı: Günel GÜNTAC