ELAZ.İNFO xəbər verir ki, Dağıstanın Kaspiysk şəhərində güclü partlayış baş verib. Bu barədə Telegram kanalı Mash 1 dekabrda məlumat verib.
İlkin məlumatlara görə, şok dalğası park edilmiş ən azı 15 avtomobilə ziyan vurub, yaxınlıqdakı binaların şüşələri sınıb.
Xilasedicilər hadisə yerinə gəliblər. Tibb və hüquq-mühafizə orqanlarının əməkdaşları da gəliblər. Ərazi mühasirəyə alınıb. Hələlik itki barədə məlumat yoxdur. Partlayışın səbəbi araşdırılır.
İlahə BAYINDIR