Kasıbçılıq nədir?

Bilmək istəyirsiniz kasıbçılıq nədir?

Övladı “Ata mənə təzə ayaqqabı al da” deyəndə, onu ala bilməyən atanın çəkdiyi iztirabdır.

Övladı “mən yemək istəyirəm” deyəndə, evdə ərzaq tapmayıb yemək bişirə bilməyən ana soyuducunu açıb içini boş görəndə ananın çəkdiyi iztirabdır.

Həyatının hələ yeni başladığı, ömrünün hələ yeni çiçəkləndiyi vaxtında evin böyük oğlunun min bir əzaba sinə gələrək, cırıq ayaqqabı ayağında yay, qışı işləyib, evə kömək etməsi, özündən balaca bacısının və qardaşının bu günləri görməməsi üçün təhsil almalarına şərait yaratmasıdır.

Kasıbçılıq çətindir, amma bu çətinliklə elə insana ailənin və ailəyə olan sevginin dəyərini daha dərindən öyrədir. Xoşbəxt olmağı öyrədir. İnsana xoşbəxtliyin dünya malında yox, sevdiklərinin yanında olması olduğunu öyrədir.

Kasıbçılıq fədakarlıqdır, insan fədakardır. Öz övladına, özündən balaca qardaşına və bacısına qarşı fədakardır.

Dönərçiyə baxan baxışlardır.

Payızda çəkələkdə (şəpiy) gəzməkdir.

Yerdə qəpik axtarmaqdır.

Kasıbşçılıq maddi cəhətdən yoxluqdursa, mənəvi və ailə bağları cəhətdən zənginlikdir.

“Təsəlli” ən azından pul ilə işlənən günahlardan uzaq tutur.

Səfər İBRAHİMLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights