ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Trampın son zamanlar verdiyi müsahibələrdə, sosial şəbəkələrdəki paylaşımlarda “torpaq mübadiləsi olacaq” kimi ifadələr işlətməsi rəsmi Kiyevdə böyük narahatlığa səbəb olub.
Zelenski dövlət televiziyası ilə çıxışında söyləyib ki, Tramp asanlıqla “aldadıla bilər”.
Göründüyü kimi, Putinin siyasi, taktiki manevrləri Zelenskidə həyəcan və təşviş yaradır. Bu təşvişə Zelenskinin Alyaska sammitinə dəvət edilməməsini də əlavə etsək, Ukrayna Prezidentinin mövcud vəziyyətini göz önündə daha aydın şəkildə canlandırmaq mümkün olar. Daha aydın şəkildə desək, müharibənin getdiyi ölkənin rəhbərinin iştirakı olmadan hansısa torpaqların, ərazilərin düşmən tərəfə verilməsi siyasi məğlubiyyətlə yanaşı, siyasi çöküşdür. Belə olduğu təqdirdə həm Ukrayna Prezidentinin, həm də Ukrayna xalqının siyasi-mənəvi durumu təsəvvürləri qarışdıracaq, təəssüf hisslərini gücləndirəcək. Bu halda kaş ki… sözünün deyilməməsi arzulanandır.
İlahə BAYINDIR