ELAZ.İNFO xəbər verir ki, Sakarya vilayətinin Karasu rayonunun sahilində naməlum pilotsuz uçuş aparatının qalıqları aşkar edilib.
Türkiyə mediasının mynet-in məlumata görə, Karasu sahilində gəzən vətəndaşlar dəniz kənarında parçalanmış vəziyyətdə olan pilotsuz uçuş aparatını görüblər. Vətəndaşlar bu barədə dərhal təhlükəsizlik orqanlarına məlumat veriblər.
Hadisə yerinə jandarma qüvvələri cəlb olunub və pilotsuz uçuş aparatının mənşəyi ilə bağlı ilkin araşdırmalara başlanılıb. Yerli rəsmilərin bildirdiyinə görə, hazırda bu pilotsuz uçuş aparatının hansı ölkəyə məxsus olduğu və hansı şəraitdə sahilə gəlib çıxdığı hələlik məlum deyil.
Aydan