“Kapitoliyə hücum”

ELAZ.İNFO

2021-ci il 6 yanvarda ABŞ-da məşhur “Kapitoliyə hücum” aksiyası baş vermişdi. Xatırladıram ki, həmin gün Konqresdə prezident seçkilərinin nəticəsi təsdiq olunmalı idi. Seçkilərdə Bayden qalib gəlmişdo. Lakin Tramp seçkilərin saxtalaşdırıldığını iddia edir və onun nəticələrini qəbul etmirdi. Bu səbəbdən Tramp tərəfdarları Kapitoli qarşısına toplaşaraq, kütləvi etiraz edirdilər. Həmin gün həm Demokratlar Partiyasının Milli Komitəsi, həm də Respublikaçılar Partiyasının Milli Komitəsi binası yanında bomba tapılmışdı. Bombanı qoyan şəxs indiyədək naməlum qalmışdı.
O vaxt Bayden hakimiyyəti bomba əməliyyatına görə trampçıları günahlandırır, onları silahlı üsyana hazırlaşmaqda, terrorçuluqda ittiham edirdi. Bu hadisədə trampçıları günahlandırmaq üçün dəlil olmadığına görə ittiham hüquqi müstəviyə keçmir, yalnız təbliğat silahı kimi istifadə edilirdi. Lakin “Kapitoliyə hücum” hadisəsinə görə minlərlə adam həbs edildi, onminlərlə trampçının, o cümlədən Trampın, onun ailə üzvlərinin və yaxın dostlarının bütün sosial şəbəkələrdəki hesabları silindi.
Trampçılar isə bomba əməliyyatında hakimiyyəti günahlandırır, bunu təxribat məqsədilə bilərəkdən etdiyini iddia edirdilər.
🔹 Tramp hakimiyyətə gələndən sonra “Kapitoloyə hücum” işi yenidən araşdırılmağa başlandı. Məlum oldu ki, Kapitoli qarşısına yığılan etirazçılar arasında xeyli sayda FTB agenti olub və onlar etirazçıları Kapitoliyə hücum etməyə təhrik ediblər. Həmçinin məlum oldu ki, bu hadisədən sonra Ədliyyə nazirliyi və FTB 160 respublikaçı konqresmenin telefon danışıqlarını izləmə başlayıb. “Kapitoliyə hücum” işinə görə Trampa da cinayət işi açılmışdı, lakin o uğursuzluqla nəticələndi.
Tramp hakimiyyətə gələndən sonra “Kapitoliyə hücum” işi üzrə həbs olunanları əfv etdi. Yeni araşdırmalar zamanı həmçinin məlum oldu ki, FTB bombanı qoyan şəxsi aşkar edibmiş. O, 30 yaşlı qara dərili anarxist, “Antifa” nümayəndəsi imiş, yəni trampçı deyilmiş (kamera görüntüləri var). Lakin bu fakt demokratların antitramp təbliğatına mane olduğu üçün onu “tapmayıblar”.
Bu hadisənin üstündən 5 il keçəndən sonra Fox News telekanalının aparıcısı Şon Henniti indi FTB direktorunun müavini olan Dən Bonginodan soruşurr ki, o vaxt siz sosial şəbəkələrdə bomba əməliyyatını Kolumbiya dairəsi polisi və ya FTB-nin təşkil etdiyini hansı əsaslarla yazırdınız.
Bonginonun cavabı çox maraqlıdır:
– O vaxt mənə fikrimə görə pul verirdilər – bu aydındır. Nə vaxtsa mən bu fəaliyyətimə qayıdacam. Lakin indi mənə pulu ona görə vermirlər. Ona görə verirlər ki, mən sizin [FTB] direktor müavininiz olum və biz araşdırmalarımızı faktlarla əsaslandırırıq.
Səmimi adamdır. Etiraf edir ki, pul verən nə istəyirsə, onu da deyir və ya edir. Məsələn, sabah pulu adam öldürmək şərti ilə versələr, elə də edəcək. Yeganə arqument puldur. Və bu adam FTB-nin direktor müavinidir.

Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights