ELAZ.İNFO xəbər verir ki, SSRİ-nin xidmət göstərmiş məşqçisi Tatyana Tarasova məşhur fiqurlu konkisürən Kamila Valiyevanın qarşıdakı turnirdəki çıxışından gözləntilərini bölüşüb. O, idmançının “Birinci Kanal Kuboku”nda uğurla çıxış edəcəyinə inandığını bildirib.
Sözügedən turnir martın 21-22-də Sankt-Peterburq şəhərində keçiriləcək. “Kamilənin iştirak etməsi çox maraqlıdır. O, proqramı tam icra etməlidir və əminəm ki, bunun öhdəsindən gələcək. O, idmana ciddi şəkildə qayıdır”, – deyə məşqçi qeyd edib. Turnirin builki qaydaları qızlara qısa proqramda dördlü tullanışlar (quads) icra etməyə icazə veri Tatyana Tarasova həmçinin qeyd edib ki, idmançıların çoxu dördlü tullanışlar üzərində daim işləyirlər: “Görək kim buna cürət edəcək. Bu, tamaşaçılar üçün xüsusi bir vizual şou və texniki mübarizə vəd edir”.
Xatırladaq ki, Kamila Valiyevanın iştirakı turnirə olan marağı ikiqat artırıb və mütəxəssislər onun fiziki formasını yüksək qiymətləndirirlər.
Ruslan MƏMMƏDOV