Kamandan Oxatma üzrə çempionat keçiriləcək

ELAZ.İNFO xəbər verir ki, Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək.

Kamandan Oxatma Federasiyasından verilən məlumata görə 60-dan çox peşəkar idmançı çempion adı uğrunda yarışacaq.

 Kişi və qadınlar üzrə baş tutacaq çempionatda üç yaş kateqoriyası üzrə keçiriləcək çempionat üç gün davam edəcək. Avqustun 28-də başlanan çempionat avqustun 30-da başa çatacaq.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights