Kallas: -“Yaxın Şərq uzunmüddətli müharibədən çox əziyyət çəkəcək”

Avropa İttifaqı (AB) Yaxın Şərqdə gərginliyin azaldılması və İranın nüvə silahı əldə etməsinin qarşısının alınması üçün davamlı həll yolu tapmaq üçün diplomatik səylərə töhfə verəcəyini bildirib.

ELAZ.İNFO xəbər verir ki, Kallas bu açıqlamanı İrana həsr olunmuş AB Xarici İşlər Nazirlərinin fövqəladə iclasından sonra yazılı mətbuat açıqlamasında verib.

AB-nin hadisələri böyük narahatlıqla izlədiyini bildirən Kallas deyib ki, “Biz maksimum təmkinli olmağa, mülki şəxslərin qorunmasına və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsipləri və beynəlxalq humanitar hüquq da daxil olmaqla beynəlxalq hüquqa tam hörmət etməyə çağırırıq. Yaxın Şərq hər hansı bir uzunmüddətli müharibədən çox əziyyət çəkəcək”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights