kəsici alətlə xəsarət yetirib

ELAZ.İNFO xəbər verir ki, Abşeron rayonu ərazisində baş vermiş quldurluq cinayətinə görə kikboksçu kimi tanınan Tulin Ələkbərova və onun tələbəsi saxlanılıb.
Onlar dekabrın 4-də onlar 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tulin Ələkbərova və 19 yaşlı Abbas Rəhimli saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights