Kənd sakinləri ilə səyyar qəbul keçirildi

ELAZ.İNFO xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov kənd sakinləri ilə səyyar görüşlər keçirir. 07 aprel 2025-ci il tarixində də növbəti görüş baş tutdu. Səmədabad kənd sakinləri ilə səyyar qəbul keçirildi.

 Səyyar qəbulda Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisələrinin, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etdi.

Səyyar qəbul zamanı Faiq Qürbətov  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verdi.

Sonra Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin təkliflərini, istəklərini dinləyib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılıb. Səsləndirilən bir çox məsələlər yerində həll edilib, icrası zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.

Sevinc QASIMOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights