“Kəndlər boşalır, gənclər pis vərdişlərə qurşanır”

“Kəndlərdə iş yoxdur, gənclərin vaxt keçirəcəyi mədəniyyət ocaqları isə baxımsız, toz içindədir. Kitabxana, klub, mədəniyyət evləri uzun illərdir baxımsız qalıb, divarları köhnə, əşyaları qırıq-sındırıqdır”
Bunu ELAZ.İNFO -ya MCP-ın Salyan təşkilatının sədri Ruslan Məmmədov bildirib.

O, əlavə edib:
“Gənclərin əlinə qalan yalnız bir-iki çayxana və domino masasıdır. Amma nə qədər çayxana və domino olar ki? Faydalı məşğələlər yoxdur, idman, mədəni tədbirlər isə formal xarakter daşıyır. Bu səbəbdən kənd gəncləri boş vaxtını mənasız əyləncə və pis vərdişlərlə doldurur.”

R. Məmmədov vurğulayıb ki, işsizlik və mədəni boşluq gənclərdə kriminal marağı artırır:
“Boş qalan gənclər diqqətini pis işlərə, qanunsuz və təhlükəli vərdişlərə yönəldir. Kəndlərdə bu vəziyyət uzun illər davam edərsə, yalnız boş torpaq və tənha evlər qalacaq. Yerli idarələr bu problemi ciddi şəkildə görməlidir.”

O, qeyd edib ki, kəndin gələcəyi yalnız zəhmət və torpaqla qurulmur:
“İnfrastruktur, iş imkanları, mədəniyyət və təhsil olmadan gənclərin sağlam, faydalı və perspektivli həyatı təmin etmək mümkün deyil. Əks halda kəndlər boşalacaq, gələcək isə təhlükə altına düşəcək.”

ELAZ.İNFO

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights