Site icon

Jozef Fransua de Douya ədalətli cəza

ELAZ.İNFO

Bu adam fransız siyasətçisi Jozef Fransua de Doudur. 1789-cu ildə 16-cı Lüdovikin hakimiyyəti zamanında Fransanın Baş Maliyyə Nəzarətçisi vəzifəsində olmuşdur.
Fransada 1789 inqilabından öncə onun ağır həyat yaşayan fransız yoxsullara, kəndlilərə, aşağı təbəqəyə ünvanlanmış bir məşhur frazası var idi:
“Si ces coquins n’ont pas de pain, alors laissez-les manger du foin!”
Mənası isə belə idi: “Əgər bu alçaqların yeməyə çörəkləri yoxdursa, o zaman ot (saman) yesinlər!”
14 iyul 1789-da baş verən inqilabla Bastiliya qalasının alınmasından sonra digərləri kimi Jozef Fransua de Dou Parisdən qaçır. Lakin 22 iyulda elə təhqir etdiyi yoxsul kəndlilər tərəfindən tutulub Parisə gətirilir.
Parisə isə adi formada gətirilmir: ayaqyalın, arxasına saman yüklənmiş, bibərlı sirkə içirdilərək və təri gicitkənlə silinərək gətirilir.
Jozef Fransua de Dou heç o zamankı məhkəmə proseslərini və gedişatını görmədən birbaşa kütlə tərəfindən edam edilir. Başı bədənindən ayrılmadan öncə kütlə qarşısındakı edam nümayişində ağzına saman və ot tıxanır.

Aydan

Bizi izləyin və paylaşın
Exit mobile version