ELAZ.İNFO, BAKI, 16.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Jerar Depardye təqib ittihamı ilə şərti cəza alıb.
Məhkəmə aktyoru “Les Volets Verts” filminin çəkilişlərində iki qadına təcavüz etməkdə təqsirli bilib
Fransız aktyor Jerar Depardye 2021-ci ildə film çəkilişi zamanı iki qadına qarşı cinsi təcavüzdə təqsirli bilinərək 18 aylıq şərti həbs cəzasına məhkum edilib.
Fransa mətbuatı xəbər verir ki, Paris Cinayət Məhkəməsi Depardyenin cinsi təcavüzdə ittiham olunduğu iş üzrə qərar çıxarıb.
Məhkəmə aktyoru “Les Volets Verts” (“Yaşıl Panjurlar”) filminin çəkiliş meydançasında iki qadına təcavüz etməkdə təqsirli bilib və 18 aylıq sınaq müddətini şərti cəzaya məhkum edib.
Bundan başqa, məhkəmə Depardyenin adının seksual xarakterli cinayətlərdə təqsirli bilinən şəxslərin reyestrinə daxil edilməsinə qərar verib və ona iki il müddətinə siyasi fəaliyyətlə məşğul olmağı qadağan edib.
Qərarın elan olunduğu məhkəmə iclasına aktyorun özü gəlməyib.
Yada salaq ki, 2025-ci ilin martında Jerar Depardye 2021-ci ildə “Les Volets Verts” filminin çəkilişləri zamanı baş verdiyi iddia edilən cinsi zorakılıq işi üzrə məhkəmə qarşısına çıxıb.
Prokurorluq onun 18 aylıq şərti cəza və 20 min avro cərimələnməsini istəyib.
Məhkəmə boyu aktyor ona qarşı irəli sürülən ittihamları rədd edib.
Günel GÜNTAC
