İzzət Bağırov:- “İstəmirəm onlar atalarına görə utansınlar”

“Peyğəmbərimiz deyib ki, dənizə baxmaq da ibadətdir, çünki dəniz yeganə vasitədir ki, səni dinləyir və sözünü kəsmir”.
Dənizə gedirəm, amma istifadə etmirəm. Uşaqlarıma da suya girməyə icazə vermirəm. Dənizə aparıram ailəmi, ancaq hamımız sadəcə geyimli otururuq. Nə mən, nə də uşaqlar suya girmirik!
ELAZ.İNFO xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov aparıcı Fəxriyyə Lilparın “Xəzərin sahilində” proqramında deyib. Sənətçi Azərbaycanda çimərliyə getməkdən qorxduğunu etiraf edib:

“Dəniz kənarına ancaq kətan və ağ geyinirəm. Ətrafdakılar başlayır telefonla səni çəkirlər. Mən də ehtiyatımı saxlayıram. Nə üçün məni dəniz geyimində çəkib paylaşmalıdırlar? Məsləhət olsa özüm paylaşaram da. Mənim səhifəmdə görmüsünüz artıq nəsə paylaşım? Adam var əlində telefon hər şeyi çəkir qoyur. 35 ildir oxuyuram. 1991-ci ildən efirdəyəm. Suyu üfürə-üfürə içirəm. Əvvəl özüm üçün, indi uşaqlarım üçün adımı qoruyuram. Oğullarım böyüyür, ətrafları var. İstəmirəm onlar atalarına görə utansınlar”.

Esmira RƏHİMOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights