İzmirin Azadlıq Günü qeyd olundu

ELAZ.İNFO xəbər verir ki, bu gün Türiyənin tarixi şəhəri İzmirin Yunan işğalından azad edildiyi gün – İzmirin Azadlıq Günü qeyd olunur.

9 sentyabr 1922-ci ildə baş verən bu hadisə, Türkiyənin istiqlal mübarizəsində mühüm dönüş nöqtəsi olmuş və xalqın qəhrəmanlıq iradəsinin rəmzinə çevrilmişdir.

İzmirin qurtuluşu təkcə bir şəhərin azadlığı deyil, həm də bütövlükdə Türk xalqının istiqlal yolundakı qətiyyətinin və mübarizəsinin təntənəsidir. Bu gün qardaş Türkiyədə böyük təntənə ilə qeyd olunur və tarixdə əbədi olaraq qürur səhifəsi kimi qalır.

Əli İbrahimov

Bizimlə oxuyun
Verified by MonsterInsights