İxtira fermerlərin həyatını bütünlüklə dəyişdirdi

ELAZ.İNFO xəbər verir ki, 1873-cü ilin bu günü Amerikanın İllinoys ştatından olan fermer Cozef Qlidden təkmilləşdirilmiş tikanlı məftillərə görə patent aldı. Elə növbəti il bu ixtira Birləşmiş Ştaların ucsuz-bucaqsız düzənliklərində fermerlərin həyatını bütünlüklə dəyişdirdi.

Ucuz başa gələn tikanlı məftillər sayəsində hasara alınmış sahələrdə fermerlər və ranço sahibləri öz otlaqlarını ətrafdakı yırtıcı heyvanlardan qoruya bildilər.

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights