Lüğətdə “təmizlənmək, paklaşmaq, qurtarmaq” mənasını verən “xulus” kökündən əmələ gələn və “bir şeyin içinə qarışmış, dəyərini azaltmış başqa şeylərdən təmizləmək, təmizlənmək” mənasını verən ixlas sözü “yalnız Allah üçün ibadət və yaxşılıq etmək, onları nifaqdan və şəxsi mənfəətdən təmizləmək” mənasındadır.
İslam ədəbiyyatında ixlas daha geniş mənada qəlbi çirk və nifaqdan, batil inanclardan, pis hisslərdən, şəxsi mənfəətlərdən, özünü göstərməyə həvəsdən təmizləmək və bütün yaxşı işlərdə yalnız Allahın rizasını istəməkdən ibarətdir. İxlas bəndənin bütün əməl və sözlərini məxluqların qiymətləndirməsindən təmizləməsidir. Müsəlman üçün həyatda ən böyük məqsəd Allahın rizasını qazanmaq olduğu üçün bunun yolu da ixlasdan keçir. İmanımızı, ibadətlərimizi və digər əməl və davranışlarımızı Allah-Təala dərgahında qiymətləndirmək üçün əsas meyar ixlasdır. İxlas olmadan edilən hər bir əməlin Allah qatında heç bir dəyəri yoxdur. Çünki ixlas əməllərin məğzidir.
Ali KAMAL MABOÇOĞLU