Səudiyyə Ərəbistanı liqası təmsilçisi “Əl-Qadsiah” A Seriyasında ötən mövsümün bombardiri Mateo Reteqini transfer etdiyini açıqlayıb
ELAZ.İNFO xəbər verir ki, “Atalanta”nın ötən mövsüm bombardiri olan mərkəz hücumçusu Mateo Reteqinin yeni klubu bəlli olub.
Səudiyyə Ərəbistanının “Əl-Qadsiah” komandası 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzaladığını açıqlayıb.
Reteqi futbolçu karyerasına Argentinanın “River Pleyt” klubunun gənclər akademiyasında başlayıb. Keçən il o, “Atalanta”nın heyətində 49 oyuna çıxıb, 28 qol vurub və 9 məhsuldar ötürmə verib.
Mateo Reteqi 25 qolla 2024-2025 mövsümündə A Seriyasının bombardiri olub.
İslam MAHMUDOV