İtaliyada iki günlük matəm

Dünya moda sənayesinin əfsanəvi siması, İtaliya dizaynının simvolu Valentino Qaravani son mənzilə yola salınır. Romanın mərkəzində ustad dizaynerlə vida mərasimi keçirilir.

ELAZ.İNFO xəbər verir ki, modanın “sonuncu imperatoru” kimi tanınan Valentino Qaravani ilə vidalaşmaq üçün Romanın müvafiq fondunda iki günlük xalq ziyarəti təşkil olunub. Vida mərasimi çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn pərəstişkarları, moda nümayəndələri və rəsmi şəxslər ustad sənətkara son ehtiramlarını bildirirlər.

Onilliklər boyu “Valentino qırmızısı” ilə moda dünyasına damğa vuran və Holivud ulduzlarından tutmuş kral ailələrinə qədər bir çox məşhurun geyim tərzini müəyyən edən dizaynerin vəfatı Avropa mədəniyyət camiəsində böyük kədərlə qarşılanıb. Vida mərasimi və dəfn prosesi İtaliya mətbuatı tərəfindən canlı yayımlanır. Onun mirası olan moda evi fəaliyyətini davam etdirsə də, mütəxəssislər Valentinin gedişi ilə bir eranın bağlandığını qeyd edirlər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights