İtaliyada çempionluq yarışı qızışır: “İnter” liderliyini qoruyur, “Milan” izləyir

İtaliya A Seriyasında 21-ci turun oyunları başa çatıb. Çempionluq mübarizəsinin mərkəzində olan komandaların qələbələri turnir cədvəlindəki gərginliyi pik həddə çatdırıb.

Turun diqqətçəkən qarşılaşmalarından birində “Milan” doğma meydanda “Leççe”ni qəbul edib. Gərgin keçən görüşdə “rossoneri” minimal hesablı (1:0) qələbə qazanaraq 3 xalı aktivinə yazdırıb. Eyni zamanda “Roma” da bu turu itkisiz başa vurub. Paytaxt təmsilçisi “Torino” səfərindən mühüm qələbə ilə dönərək ilk dördlükdəki yerini möhkəmləndirib. “Roma”nın yeni transferi Malenin debüt oyununda qol vurması azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Turnir cədvəlində son vəziyyət “İnter”: 21 oyundan sonra 49 xalla vahid liderdir. “Milan”: 46 xalla əzəli rəqibini addım-addım izləyir. “Napoli”: 43 xalla 3-cü pillədə qərarlaşıb. “Roma”: 42 xalla 4-cü sıradakı yerini qoruyur.

Mütəxəssislər növbəti turlarda liderlər arasındakı xal fərqinin daha da azalacağını və çempionluq taleyinin son həftələrdə həll olunacağını proqnozlaşdırır

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights