Birləşmiş Millətlər Təşkilatı Lampeduza adasının sahillərində qaçqınları daşıyan gəmi ilə bağlı yeni açıqlama yayıb
ELAZ.İNFO xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi İtaliyanın Lampeduza adası yaxınlığında gəminin faciəli surətdə batması nəticəsində ölənlərin sayının 27-yə yüksəldiyini açıqlayıb.
Qəza ilə bağlı verdiyi açıqlamada Grandi deyib ki, “Lampeduza yaxınlığında gəminin faciəli surətdə batması nəticəsində ən azı 27 adam boğularaq öldü”.
2025-ci ildə Mərkəzi Aralıq dənizində 700-dən çox qaçqın və qeyri-qanuni miqrantın həyatını itirdiyini qeyd edən Qrandi dənizdə xilasetmə, təhlükəsiz marşrutlar, tranzit ölkələrə yardım və s. daxil olmaqla, kök səbəbləri aradan qaldıran bütün müdaxilələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Bir daha qeyd edək ki, Romada yerləşən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının kommunikasiya üzrə məsul işçisi Filippo Unqaro dünən İtaliyanın Lampeduza adası yaxınlığında batmış gəmidə 20 nəfərin öldüyünü, 20 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
İlahə BAYINDIR