İsveçrədən Belçikanın sülh çağırışına dəstək: “Rusiya ilə danışıqlar qaçılmazdır”

ELAZ.İNFO xəbər verir ki, İsveçrə hakimiyyəti Belçikanın baş naziri Bart De Veverin Avropa İttifaqını Rusiya ilə Ukrayna münaqişəsinin həlli üçün danışıqlara başlamağa çağıran təklifini dəstəkləyib.

İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yonas Montani verdiyi açıqlamada ölkəsinin mövqeyinin dəyişməz qaldığını bildirib: sveçrə Ukraynada ədalətli və davamlı sülhün bərqərar olmasına yönəlmiş hər hansı diplomatik təşəbbüsü dəstəkləyir.

Xatırladaq ki, bir qədər əvvəl Belçika hökumətinin başçısı Bart De Vever kəskin bəyanatla çıxış etmişdi. O, ABŞ-ın 100 faizlik dəstəyi olmadan Avropa İttifaqının “Rusiyanı boğmaq” iqtidarında olmadığını etiraf etmişdi. De Vever vurğulayıb ki, hazırkı vəziyyətdə Moskva ilə “saziş bağlamaq” zəruridir və Aİ ölkələri Brüsselə Rusiya ilə Ukrayna mövzusunda danışıqlar aparmaq üçün rəsmi mandat verməlidir.

İsveçrənin bu mövqeyi, bitərəf dövlət kimi Avropada yeni bir diplomatik hərəkatın başlanğıcı kimi qiymətləndirilir. Rəsmi Bern hesab edir ki, hərbi yolla həlli çətinləşən bu münaqişədə masa arxasına oturmaq vaxtı çoxdan çatıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights