ELAZ.İNFO xəbər verir ki, İsveçin səhiyyə naziri Elisabet Lann keçmiş nazirin vəzifəsini təhvil alaraq səhiyyə naziri təyin olunması münasibətilə Stokholmda keçirdiyi mətbuat konfransında huşunu itirib.
Sosial şəbəkələrdə paylaşılan videoda Lann yerə yıxıldıqdan dərhal sonra huşunu itirdiyi və sonra yıxıldığı görünür. Kadrlarda Lannin podiumdan üzü aşağı yıxıldığı da görünür.
Nazir Lann qısa müddət sonra iclas zalına qayıtdı və qan şəkərinin düşdüyünü qeyd etdi və “Bu, elə-belə çərşənbə axşamı deyildi” -şərhini verdi.
Lannı görüşdə İsveçin baş naziri Ulf Kristersson, sosial məsələlər naziri Yakob Forssmed, energetika və sənaye naziri Ebba Buş müşayiət ediblər.
İlahə BAYINDIR