İsveç Rusiya ilə idman sahəsində də əlaqələri sıfıra endirilib

 ELAZ.İNFO, BAKI, 02.06.2025.

ELAZ.İNFO xəbər verir kxəbər verir ki, bu barədə Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev “RİA Novosti”yə müsahibəsində bildirib .

Onun sözlərinə görə, hazırda Moskva ilə Stokholm arasında münasibətlər çətin dövrünü yaşayır. Diplomat baş verənləri Rusiya ilə kollektiv Qərb arasında ümumi geosiyasi gərginliyin lokal proyeksiyası adlandırıb.

Belyaev vurğulayıb ki, İsveç Avropa İttifaqının və NATO-nun üzvü kimi Rusiyaya münasibətdə qeyri-dost siyasət yürüdür.

Rusiya diplomatik missiyasının rəhbəri əlavə edib ki, iki ölkə arasında dövlətlərarası münasibətlərin əsas məqsədi indi qarşılıqlı diplomatik mövcudluğu saxlamaqdan ibarətdir.

Belyaev xatırladıb ki, Rusiyanın Stokholmdakı səfirliyi hətta İkinci Dünya Müharibəsi (1939-1945) zamanı da bağlanmayıb, Avropadakı azsaylı sovet diplomatik nümayəndəliklərindən biri olaraq qalıb. Rusiya tərəfi diplomatiyanın “mümkün olanın sənəti” olduğuna əsaslanaraq, hətta ən çətin şəraitdə də işi davam etdirməyi vacib hesab edir.

Nadir HÜSEYNOV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights